İyunun ayının 22-dən Bakı metrosunda qatarlar yay qrafikinə keçib. “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, yay aylarında tədris mövsümünün başa çatması, həmçinin paytaxt sakinlərinin yay istirahətini şəhərdən kənarda keçirmələri metropolitendə sərnişin axınının əhəmiyyətli dərəcədə azalmasına səbəb olur. Yay qrafikinə uyğun olaraq, tərtib edilən cədvələ görə, bir saat ərzində hərəkət yükü nəzərə alınaraq, xətlərdə qatarlararası intervallarda dəyişikliklər edilib. Artıq pik saatlarda “Həzi Aslanov” metro stansiyasından “28 May” metro stansiyasına qədər və əks istiqamətdə interval 2,5 dəqiqə olacaq. Qeyd edək ki, gur hərəkət səhər saat 8-dən 10-a, axşam isə 5-dən 8-in yarısına qədərdir. Qalan vaxtlarda bu istiqamətdə 3 dəqiqəlik intervala hesablanmış hərəkət təşkil ediləcək. Yalnız gecə saatlarına yaxın hərəkət daha böyük intervalda olacaq. Məlumdur ki, metropolitendə iki xətt olsa da, qatarlar yolun əsas hissəsini bir xətt üzrə qət edir. Buna görə də “28 May” metro stansiyasından sonra hərəkət zamanı həm “İçərişəhər”, həm də “Dərnəgül” metro stansiyaları istiqamətində interval iki dəfə artır. Qrafik yeni tədris mövsümünə qədər qüvvədə olacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…