Azərbaycanda ümumilikdə 9388 kiloqramdan çox meyvə-tərəvəz məhsulu satışdan çıxarılaraq məhv edilib.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətininin mətbuat katibi Rövşən Ziyanın lent.az-a verdiyi məlumata görə, fevral ayında Bakı şəhərində, eyni zamanda respublikanın bütün bölgələrindəki kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satış yerlərində aparılan fitosanitar monitorinqlər nəticəsində məhv edilən məhsullar arasında alma (2377 kq), armud (58 kq), heyva (32 kq), nar (79 kq), üzüm (101 kq), sitrus (571 kq), xirnik-xurma (89 kq), kartof (3518 kq), kələm (217 kq), kök (157 kq), soğan (698 kq) və pomidor (114 kq) üstünlük təşkil edib.
Bundan başqa, monitorinqlər zamanı istifadəyə yararsız 346 kiloqramdan çox banan meyvəsi satışdan çıxarılaraq məhv edilib. Araşdırma nəticəsində məlum olub ki, məhsulların saxlanılması və qablaşdırılması zamanı müvafiq qaydalara əməl olunmadığı üçün məhsullar qısa müddət ərzində istifadəyə yararsız vəziyyətə düşür və xəstəliklərə yoluxur.
Xidmətdən bildirilib ki, hazırda istehlak bazarlarında bütün meyvə və tərəvəz məhsulları ciddi yoxlanılır, məhsullardan götürülmüş nümunələr Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Karantin Ekspertiza Mərkəzinə və Respublika Toksikologiya Keyfiyyətə Nəzarət Mərkəzinə təqdim edilir və müvafiq analizlər aparılır. Əgər analizlər zamanı məhsulun istehlak üçün yararsız olduğu aşkar edilərsə, dərhal satışdan çıxarılaraq məhv edilir.
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…