Yaxın günlərdə “Azər Türk Bank”da “Microsoft” korporasiyası tərəfindən təqdim olunan “Windows 10” əməliyyat sisteminin və “Microsoft Office 2016″nın tətbiqinə başlanılır. Bankdan Azərtac-a bildiriblər ki, bu məhsullar üzrə lisenziyaların satın alınması ilə bağlı proseslər başa çatıb. Qısa müddət ərzində bankın bütün kompyuterləri “Windows 10” əməliyyat sistemi və “Microsoft Office 2016” ilə təchiz olunacaq. Əməliyyat sisteminin tətbiqi “Microsoft”un ən yeni məhsullarından istifadə imkanı yaradacaq, operativliyi təmin edəcək, xidmətin keyfiyyətinin yüksəldilməsinə və məhsuldarlığın artırılmasına töhfə verəcək. “Windows 10” əməliyyat sistemi müasir dövr üçün ən aktual məsələlərdən olan informasiya təhlükəsizliyinin təmin edilməsi, bankın informasiya texnologiyaları infrastrukturunun standartlaşdırılması ilə bağlı üstünlükləri də özündə əks etdirir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…