Bu günədək MİDA-ya sosial mənzillərlə bağlı 6000-dən çox müraciət olunub.Azərtac xəbər verir ki, bu sözləri Mənzil İnşaatı Dövlət Agentliyinin aparat rəhbəri Anar Quliyev oktyabrın 17-də Xəzəryanı regionun tikinti sektoruna həsr olunmuş XXIII Azərbaycan Beynəlxalq İnşaat “WorldBuild Baku 2017” sərgisinin açılışı ilə bağlı keçirilən mətbuat konfransında deyib. “Hələlik mənzillərin satışı ilə əlaqədar elan verilməyib. Güman edirəm ki, bu ilin sonunadək mənzillərin satışına başlayacağıq”.A.Quliyev bildirib ki, MİDA hazırda Yasamal yaşayış kompleksinin inşası ilə bağlı bir özəl şirkətlə əməkdaşlıq edir. Şirkət sözügedən kompleksin 29 binasından 3-nə investisiya yatırır. Sonradan həmin binalardan biri MİDA-ya təhvil veriləcək, digər 2-ni isə tikinti şirkəti özü bazar qiymətləri ilə satışa çıxaracaq. MİDA gələcəkdə də özəl sektoru tikinti layihələrinə cəlb etmək niyyətindədir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…