Mədəniyyətsünaslıq üzrə Elmi-Metodiki Mərkəzin, Yasamal Rayon İcra Hakimiyyətinin və müşfiqsevər ziyalıların birgə təşkilatçılığı ilə ölməz şair Mikayıl Müşfiqin anadan olmasının 108 illiyinə həsr olunmuş “Müşfiqin ürəyi yarpaqdan incə” adlı poeziya tədbiri keçirilib. Mərkəzdən Azərtac-a bildirilib ki, əvvəlcə tədbir iştirakçıları şairin Xızıdakı ata yurduna gedərək abidəsini ziyarət edib, rayon ictimaiyyəti, müşfiqsevərlərlə görüşüblər. Sonra Bakıda şairin abidəsi önündə keçirilən mərasimdə şairin xatirəsi yad edilib, ölməz poeziya nümunələri səslədirilib. Yasamal Rayon İcra Hakimiyyətinin başçısının humanitar məsələlər üzrə müavini Təravət Muradova, şəhər sakini Adil Sadıqov, Elmi-Metodiki Mərkəzin şöbə müdiri Sənan Talıbov və başqaları çıxış edərək Azərbaycan poeziyasının ən parlaq səhifələrini yazmış Mikayıl Müşfiqin ömrü və yaradıcılığından söz açıblar. Bildirilib ki, M.Müşfiq Azərbaycan gəncliyinə bütün zamanlarda örnək olaraq qalmaqdadır. Mikayıl Müşfiq şəxsiyyəti milli şüur və vətənpərvərliyin timsalı, yaradıcılığı isə gənc nəslin milli mənliyinin, şüurunun inkişaf etdirilməsi və gənclərimizdə vətənpərvərlik hisslərinin tərbiyəsində əvəzsiz xəzinədir. Hər bir gənc istənilən mövzuda M.Müşfiqin şeirlərindən istifadə edə bilər. Şairin milli-musiqi alətimiz olan tara həsr etdiyi “Oxu tar” musiqimizə həssas münasibət, tarixi keçmişimizə məhəbbət, vətənpərvərlik, Vətənə sonsuz sevgi baxımından Mikayıl Müşfiq yaradıcılığının zirvəsi adlandırılıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…