Pravoslav xristianlar yanvarın 7-də xristianların başlıca bayramlarından birini – İsa Məsihin mövludu gününü (Milad bayramı) qeyd edirlər.Azərbaycanda hər il pravoslav xristian icması Milad bayramını qeyd edir. Təsadüfi deyildir ki, Qafqazda ilk xristian məbədləri məhz ölkəmizin ərazisində yaranıb. Dünya dinləri əsrlər boyu bizim torpağımızda dinc yanaşı mövcud olaraq, insanlar arasında dostluq və qardaşlıq körpüsü salınmasında misilsiz rol oynayıb. Azərbaycanda heç vaxt milli-irqi ayrı-seçkilik, dini dözümsüzlük olmayıb. Digər konfessiyaların nümayəndələri kimi, Azərbaycan xristianları da cəmiyyətimizin tamhüquqlu üzvləri olub, onun həyatında fəal rol oynayırlar. Ölkədə bir neçə pravoslav kilsəsi var.Yenilənmə, əmin-amanlıq, şəfqət və mərhəmət rəmzi olan bu bayram ilə əlaqədar yanvarın 6-dan 7-nə keçən gecə Azərbaycanın bütün pravoslav kilsələrində təntənəli ibadət mərasimləri keçirilib.Yanvarın 10-da Azərbaycan Dövlət Rus Dram Teatrında uşaqlar üçün Milad bayramı münasibətilə xeyriyyə yolka şənliyi təşkil ediləcək. Elə həmin gün “Kapelhaus” Alman-Azərbaycan Mədəniyyəti Birliyində Milad bayramına həsr olunmuş konsert olacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…