“Milan” futbol klubu “Udineze”nin qonağı olub

5 Noyabr 2018 12:05

Xəbər 661 dəfə oxunub

Noyabrın 4-də İtaliya A Seriyasının 11-ci turuna yekun vurulub.Azərtac xəbər verir ki, turun sonuncu qarşılaşması “Daçia Arena”da keçirilib. “Milan” “Udineze”nin qonağı olub. Görüş “rossoneri”lərin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunun taleyini həll edən qol qarşılaşmanın 97-ci dəqiqəsində vurulub. “Milan” klubunun kapitanı Alesio Romanyoli əks hücum zamanı müdafiəçilərin səhvini bağışlamayıb. Bu gənc müdafiəçinin artıq ikinci həlledici qolu olub.Xatırladaq ki, çempionatın 10-cu turunda “Genoa” ilə oyunda A.Romanyoli sonuncu dəqiqələrdə vurduğu qolla milanlılara qələbə qazandırıb (2:1).“Milan” ardıcıl üçüncü qələbəsini qazanaraq turnir cədvəlində dördüncü yerini qoruyub saxlayıb.İtaliya A Seriyasının 12-ci turunda “Milan” doğma meydanda “Yuventus” klubunu qəbul edəcək. “Udineze” isə səfərdə “Empoli”nin qonağı olacaq.Turun digər oyunlarında növbəti nəticələr qeydə alınıb:

“Napoli”-“Empoli” – 5:1

“İnter”-“Genoa” – 5:0

“Fiorentino”-“Roma” – 1:1

“Yuventus”-“Kalyari” – 3:1

“Lazio”- SPAL- 4:1

“Kyevo”-Sassuolo” – 0:2

“Parma”-“Frosinone” – 0:0

“Sampdoriya”-“Torino” – 1:4

“Bolonya”-“Atalanta” – 1:2.xeber100.com