“Milan” klubu sol cinah müdafiəçisi ilə yeni müqavilə imzalayacaq

10 Yanvar 2022 15:43

Xəbər 411 dəfə oxunub

İtaliyanın “Milan” klubu sol cinah müdafiəçisi Teo Hernandes ilə yeni müqavilə imzalayacaq.Bu barədə tanınmış idman jurnalisti Nikolo Şira şəxsi tviter səhifəsində paylaşım edib.Yeni müqavilə 2026-cı ilin yayınadək nəzərdə tutulub və futbolçu ilinə 4,5 milyon avro məvacib alacaq.Cari mövsüm fransalı hücuma meyilli müdafiəçi “Milan”ın heyətində bütün turnirlərdə 22 oyun keçirib, 4 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb.xeber100.com