“Milan” klubunun hücum xəttinə transfer hədəfləri bəlli olub

1 İyun 2020 20:18

Xəbər 657 dəfə oxunub

İtaliyanın “Milan” klubunun hücum xəttinə transfer hədəfləri bəlli olub.Azərtac xəbər verir ki, Milan təmsilçisi əsasən mərkəz hücumçusu mövqeyinə futbolçu transfer etmək istəyir. İtaliya klubunun rəhbərliyi “Real Madrid”in hücumçusu Luka Yoviçi və ya “Zenit”in iranlı futbolçusu Sərdar Azmunu transfer etmək niyyətindədir.“Rossoneri”lər bundan başqa, müqavilə ilə “Real Madrid”ə məxsus olan hazırda “Real Sosyedad” komandasında çıxış edən Martin Edeqoru heyətə qatmaq istəyirlər.Qeyd edək ki, “Milan” hazırda dayandırılmış A Seriyasında 36 xalla 7-ci pillədə qərarlaşıb.xeber100.com