“Milan” komandasının futbolçusu klubu ilə müqaviləsini uzadacaq

10 Mart 2021 14:46

Xəbər 489 dəfə oxunub

“Milan” komandasının futbolçusu Zlatan İbrahimoviç klubu ilə müqaviləsini uzadacaq.Azərtac xəbər verir ki, bu barədə “Corriere della Sera” qəzetində məlumat verilib.İsveçli futbolçu klubla 2021-2022-ci il mövsümünün sonunadək müqavilə imzalayacaq. Otuz doqquz yaşlı forvard bu razılaşmaya əsasən 7 milyon avro qazanacaq.“Milan” böyük ehtimalla bu müddət ərzində Zlatanı əvəz edə biləcək gənc bir hücumçu ilə müqavilə imzalayacaq.Bu mövsüm Z.İbrahimoviç İtaliya A Seriyasında keçirdiyi 14 oyunda 14 qol vurub.xeber100.com