Milli Antidopinq Agentliyi müsabiqə elan edib

6 Aprel 2018 15:06

Xəbər 1016 dəfə oxunub

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) 10 aprel – Ədalətli İdman Gününə həsr olunmuş müsabiqə elan edib.Azərtac AMADA-ya istinadla xəbər verir ki, müsabiqə iki kateqoriya üzrə keçiriləcək. Jurnalistlər müsabiqəyə esse və şəkil (komiks, rəsm əsəri, qrafik dizayn, karikatura, illüstrasiya) ilə qatıla bilərlər. Nümunələr aprelin 8-dək müsabiqəyə təqdim olunmalıdır.Aprelin 10-da hər kateqoriya üzrə üç qalib elan ediləcək. Qaliblərə pul mükafatı və qiymətli hədiyyələr təqdim olunacaq.xeber100.com