Milli assosiasiyalara təcili maliyyə yardımı ediləcək

25 Aprel 2020 17:08

Xəbər 596 dəfə oxunub

FIFA koronavirus pandemiyasından əziyyət çəkən milli assosiasiyalara təcili maliyyə yardımı ayıracaq.Azərtac xəbər verir ki, bu barədə ali futbol qurumunun rəsmi saytı məlumat yayıb.Bildirilib ki, 150 milyon ABŞ dolları məbləğində vəsait dünyanın 211 milli assosiasiyası arasında bölüşdürüləcək. FIFA yaxın günlərdə hər federasiyanın hesabına 500 min ABŞ dolları, eyni zamanda, 2019-2020-ci il mövsümü üçün nəzərdə tutulan vəsaitin qalan hissəsini köçürəcək. Təcili maliyyə yardımı milli assosiasiyalara işçilər və 3-cü şəxslər qarşısında öhdəlikləri yerinə yetirmək üçün verilir.xeber100.com