Milli Atçılıq Festivalı çərçivəsində ikinci turnirə start verilib

6 İyun 2018 12:38

Xəbər 739 dəfə oxunub

Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi münasibətilə təşkil etdiyi Milli Atçılıq Festivalı çərçivəsində iyunun 6-da çövkən milli atüstü oyunu üzrə “100 İllik Yubiley Kuboku” turnirinin ikinci gününə start verilib.Azərtac xəbər verir ki, gün ərzində dörddəbir final mərhələsinin iki oyunu keçiriləcək. İlk görüşdə “Omar” komandası Ağstafa təmsilçiləri ilə qarşılaşır. Günün ikinci oyununda isə “Buta Qolden” komandası ilə Ağcabədi çaparları qələbə uğrunda mübarizə aparacaqlar.Yarışın proqramına əsasən, iyunun 7-də yarımfinal oyunları təşkil olunacaq. İyunun 9-da isə üçüncü yer uğrunda qarşılaşma və final oyunu ilə turnirə yekun vurulacaq. Yarışın ümumi mükafat fondu 50 min manatdır.xeber100.com