Milli Basketbol Assosiasiyası mövsümə dekabrda başlayacaq

5 İyun 2020 20:00

Xəbər 583 dəfə oxunub

Milli Basketbol Assosiasiyası (MBA) 2020-2021-ci il mövsümünün dekabrın 1-də başlayacağını düşünür.Azərtac xəbər verir ki, bu barədə liqanın mətbuat xidməti məlumat yayıb.Qeyd edilib ki, MBA rəhbərliyi koronavirus səbəbindən dayandırılan 2019-2020-ci il mövsümünün qalan formatını təsdiqləyib. Müntəzəm mövsüm iyulun 31-də başlayacaq və 30 komandadan yalnız 22-si mübarizə aparacaq.Bütün matçlar Orlando şəhərində (Florida, ABŞ) yerləşən “Disney World” əyləncə parkında keçiriləcək. Final seriyasında yeddi matç olacağı təqdirdə mövsüm oktyabrın 12-də başa çatacaq.xeber100.com