Milli Basketbol Assosiasiyasında mövsümün qalibi müəyyənləşib

13 İyun 2023 15:43

Xəbər 312 dəfə oxunub

Milli Basketbol Assosiasiyasında (NBA) 2022-2023-cü il mövsümün qalibi müəyyənləşib. Final mərhələsinin beşinci oyununda “Mayami”ni 94:89 hesabı ilə üstələyən “Denver” yarışın qalibi olub. Beləliklə, komanda ümumi hesabı 4:1 edib və tarixində ilk dəfə NBA çempionu olub. “Denver”in serbiyalı basketbolçusu Nikola Yokic final seriyasının ən yaxşı oyunçusu (MVP) adına layiq görülüb.xeber100.com