Milli Basketbol Assosiasiyasının məlumatı əsasında…

30 Mart 2020 18:26

Xəbər 465 dəfə oxunub

Milli Basketbol Assosiasiyası (MBA) koronavirusdan sağalmış oyunçu və əməkdaşlardan “NBA Together” proqramı çərçivəsində digər pasiyentlərin müalicəsi üçün qan vermələrini xahiş edir.Azərtac xəbər verir ki, ABŞ-da koronavirusdan sağalan insanlardan plazma qəbul etməyə başlayıblar. Həmin qanın tərkibində COVID-19 virusuna qarşı anticisimlər mövcuddur ki, bunlardan da digər pasiyentlərin müalicəsində istifadə olunacaq. Xəstələrə donor plazması onların orqanizmlərinin virusdan daha sürətlə təmizlənməsi məqsədilə köçürüləcək.Bu günədək MBA-nın üç oyunçusunun koronavirusdan tam sağalması məlumdur. Bu oyunçular Rudi Qober, Donovan Mitçell (hər ikisi “Yuta” komandasından) və Kristian Vuddur (“Detroyt” komandasından).xeber100.com