Milli Basketbol Assosiasiyasının pley-off mərhələsində

21 Avqust 2020 11:36

Xəbər 1217 dəfə oxunub

Milli Basketbol Assosiasiyasının (MBA) pley-off mərhələsində mübarizə davam edir.Azərtac xəbər verir ki, mərhələ çərçivəsində “İndiana Peysers” klubu “Mayami Hit”lə qarşılaşıb.Orlandoda keçirilən görüşə İndiana basketbolçuları daha yaxşı başlayaraq birinci hissəni üstün başa vurublar – 24:22. Sonradan üstünlüyü ələ alan Mayami kollektivi böyük fasiləyə öndə yollanıb – 51:46. Digər hissələrdə də inamlı təsir bağışlayan “Mayami Hit” yekunda 109:100 hesabı ilə qələbə qazanıb.Oyunun ən yaxşısı Dunkan Robinson olub. “Mayami Hit”in basketbolçusu 24 xal, 2 ribaund və 2 məhsuldar ötürmə ilə yadda qalıb.xeber100.com