Milli Basketbol Assosiasiyasının pley-off mərhələsində

1 Sentyabr 2020 10:35

Xəbər 1286 dəfə oxunub

Milli Basketbol Assosiasiyasının (MBA) pley-off mərhələsində mübarizə davam edir.Azərtac xəbər verir ki, dörddəbir finalda “Toronto Reptors” “Boston Seltiks”lə qarşılaşıb. Orlandoda keçirilən görüşə Boston basketbolçuları daha yaxşı başlayaraq birinci hissədə 39:23 hesabı ilə üstün olublar. “Boston Seltiks” böyük fasiləyədək xal fərqini 17-yə çatdırıb – 59:42. Üçüncü hissədə Toronto komandası qalib gəlsə də, yekunda 94:112 hesabı ilə məğlub olublar.Oyunun ən yaxşısı Ceyson Teytum olub. “Boston Seltiks”in basketbolçusu 21 xal, 9 ribaund, 2 məhsuldar ötürmə ilə yadda qalıb. Beləliklə, “Boston Seltiks” seriyaya qələbə ilə başlayıb.xeber100.com