Milli Basketbol Assosiasiyasının pley-off mərhələsində

2 Sentyabr 2020 21:24

Xəbər 1198 dəfə oxunub

Milli Basketbol Assosiasiyasının (MBA) pley-off mərhələsində mübarizə davam edir.Azərtac xəbər verir ki, mərhələ çərçivəsində “Toronto Reptors” klubu “Boston Seltiks”lə qarşılaşıb.Orlandoda keçirilən görüşə Boston basketbolçuları daha yaxşı başlayaraq böyük fasiləyə 2 xal fərqi ilə öndə yollanıblar – 50:48. Üçüncü hissədə Toronto komandası üstün olsa da, yekunda 102:99 hesabı ilə məğlub olub.Oyunun ən yaxşısı Ceyson Teytum olub. “Boston Seltiks”in basketbolçusu 34 xal, 8 ribaund, 6 məhsuldar ötürmə ilə yadda qalıb. Beləliklə, “Boston Seltiks” seriyada 2:0 hesabı ilə öndədir.xeber100.com