Milli Basketbol Liqasında play-off oyunları bərpa ediləcək

29 Avqust 2020 19:03

Xəbər 1172 dəfə oxunub

İki günlük fasilədən sonra basketbol həvəskarları Milli Basketbol Liqasında (MBA) yenidən play-off oyunlarını izləyəcəklər. ABŞ-da baş qaldıran növbəti irqçilik qalmaqalına görə oyunları boykot edən basketbolçuları nəhayət ki, meydana çıxmağa razı salan tapılıb. Eyni sözləri Milli Hokkey Liqasına da aid etmək olar.Azərtac xəbər verir ki, MBA-da play-off oyunları yenidən bərpa ediləcək. Bu barədə liqa rəhbərliyi məlumat yayıb. Bir neçə gün əvvəl Amerika polisinin qaradərili vətəndaşa atəş açmasından sonra ölkəni bürüyən etiraz dalğası MBA oyunlarına da mənfi təsir göstərib. İki gün əvvəl “Miluoki” basketbolçuları “Orlando” ilə seriyanın 5-ci oyununa çıxmaqdan imtina etmişdi. Bir neçə saat sonra “Oklahoma Siti” ilə “Hyuston” basketbolçuları analoji addım atmışdı. Vəziyyətin nəzarətdən çıxdığını görən MBA rəhbərliyi play-offu qeyri-müəyyən müddətə təxirə salmaq qərarına gəlib. Təbii ki, bu proses çox uzun sürə bilməzdi. Onsuz da koronavirus pandemiyası liqanı yetərincə geriyə salmışdı. Belə bir məqamda basketbolçularla liqa rəhbərliyi arasında vasitəçi rolu oynamağa hazır olan kimsə önə çıxmalı idi. Amerika mətbuatının məlumatına görə, bu mənada “Şarlott”un sahibi, assosiasiyada yeganə qaradərili funksioner – Maykl Cordan xüsusi rol oynayıb.Elə basketbolçular arasında “Oklahoma Siti”nin oyun qurucusu Kris Polla “Mayami”nin forvardı Andre İqudala da liqanın bərpası üçün həmkarları ilə danışıq aparıb. Yeri gəlmişkən, oxşar vəziyyət MHL-də yaranmışdı. Ölkənin bütün peşəkar liqalarında oyunların dayandırılmasını görən MHL rəhbərliyi analoji qərar vermək qərarına gəlib. Vəziyyət qaydasına düşəndən sonra onlar da avqustun 29-da play-off oyunlarını bərpa etməyə razılaşıblar.xeber100.com

Həndbol Federasiyası: Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib

Həndbol üzrə Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib. Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, kişilərin yarışında tura “Dinamo” – “Azəryol” görüşü ilə start verilib. “AHF Arena”da keçirilən oyuna favorit qismində çıxan nominal qonaqlar etimadı doğruldublar. “Azəryol”un üstünlüyü ilə yadda qalan qarşılaşma 24:49 hesabı ilə başa çatıb. “Təhsil” – “İdman Akademiyası” matçı daha gərgin mübarizə şəraitində keçib. Fasiləyə 3 topluq üstünlüklə yollanan “Təhsil” qalan vaxtda rəqibin vəziyyəti dəyişməsinə imkan verməyib - 30:28. Maraqlı mübarizə vəd edən “Bakı” – “Kür” görüşündə isə qonaqların qələbəsinə inananlar yanılmayıblar. Yüksək əzmkarlıq nümayiş etdirən Mingəçevir həndbolçuları paytaxtdan uğurlu nəticə ilə dönməyi bacarıblar - 20:26. Qadın həndbolçuların çempionatında 7-ci tur “Bakı” – “Gənclər Birliyi” matçı ilə başlanıb. İlk hissədən təşəbbüsə yiyələnən paytaxtın eyniadlı komandası fasilədən sonrakı üstünlüyünü də tabloda əks etdirib - 35:25. “Kür” komandası da azarkeşlərini sevindirib. Mingəçevirin həndbolçuları növbəti qələbəni “İdman Akademiyası” ilə oyunda rəsmiləşdiriblər - 49:16. Yeddinci tura yanvarın 21-də keçiriləcək “Azəryol” – “Qarabağ” matçı ilə yekun vurulacaq.xeber100.com  

Yanvar 15, 2024 14:10

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Quba – İdman Paytaxtı 2024″ün açılış mərasimi keçirilib

Gənclər və İdman Nazirliyinin və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Quba - İdman Paytaxtı 2024"ün açılış mərasimi keçirilib. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonra "Quba - İdman Paytaxtı 2024"ün maskotu "Fuji" tamaşaçılara təqdim edilib. Bunun tarixi və əlamətdar hadisə olduğunu deyən Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Prezident İlham Əliyevin dəstəyi ilə regionlarda müasir standartlara cavan verən idman komplekslərinin tikildiyini vurğulayıb. Bölgədə 8 mindən artıq gəncin idmanla məşğul olduğunu söyləyən İ. Mahmudov idmançıların yerli və beynəlxalq yarışlarda qazandığı uğurlardan bəhs edib. Gənclər və idman naziri Fərid Qayıbov Quba Olimpiya İdman Kompleksində yaradılan yüksək şəraitdən danışıb. O, kompleksdə müxtəlif idman növləri üzrə təlim-məşq toplanışları və yarışların keçiriləcəyini diqqətə çatdırıb. Gimnastika üzrə Azərbaycan millisinin də hazırda Quba Olimpiya İdman Kompleksində hazırlıq keçdiyi bildirilib. Daha sonra nazir idman paytaxtının rəmzi açarını icra başçısına təhvil verib. Ardınca sambo üzrə dünya və Avropa çempionatlarının mükafatçısı Zaur Paşayev və peşəkar MMA döyüşçüsü, 4 qat dünya çempionu Vüqar Kərəmov çıxış ediblər. Onlar hazırda beynəlxalq arenada Azərbaycanı təmsil edən bütün idmançılara uğurlar arzulayıblar. Tədbir bədii hissə ilə davam edib. Müxtəlif idman növləri üzrə federasiyaların üzvlərinin paradından sonra respublikanın tanınmış incəsənət ustaları və müğənnilərinin iştirakı ilə möhtəşəm konsert proqramı təşkil olunub.xeber100.com

Yanvar 15, 2024 14:02