Fevralın 7-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.Azərtac xəbər verir ki, əvvəlcə AMEA-nın prezidenti Akif Əlizadə gündəlikdəki məsələləri diqqətə çatdırıb.Sonra AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi Teymur Kərimlinin bölmənin 2017-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında məruzəsi dinlənilib. Bildirilib ki, ötən il bölmə üzrə 33 problemin 83 mövzusu, 363 işin 186 mərhələsi üzrə tədqiqat işləri aparılıb. İlin sonunda 122 işin 109 mərhələsinin başa çatdığını deyən akademik bölmənin elmi müəssisələri tərəfindən səkkiz respublika və dörd beynəlxalq miqyaslı tədbirin keçirildiyini söyləyib. Qeyd edilib ki, yeddisi xaricdə olmaqla 129 kitab, səkkizi xaricdə olmaqla 101 monoqrafiya, 234-ü xaricdə olmaqla 2.108 məqalə və 35-i xaricdə olmaqla 168 tezis çap edilib. 2017-ci ildə bölmə əməkdaşlarının impakt faktorlu jurnallarda 24 məqaləsi dərc edilib, bu elmi əsərlərə 76 dəfə istinad olunub.İclasda bir sıra elmi-təşkilati və kadr məsələlərinə də baxılıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…