Milli Gimnastika Arenasında sonuncu pley-off görüşləri keçiriləcək

27 Sentyabr 2017 11:44

Xəbər 856 dəfə oxunub

Sentyabrın 27-də Azərbaycanda və Gürcüstanda təşkil edilən qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsi çərçivəsində Bakıda, Milli Gimnastika Arenasında sonuncu pley-off görüşləri keçiriləcək.Azərtac xəbər verir ki, altıncı yarış gününün ilk görüşünə saat 18:00-da Polşa-Türkiyə matçı ilə start veriləcək. Mübarizədən qalib ayrılan komanda sentyabrın 29-da Rusiya təmsilçiləri ilə yarımfinal uğrunda yarışacaq.Bu gün saat 20:30-da başlayacaq pley-off mərhələsinin sonuncu oyununda isə Bolqarıstan və Almaniya kollektivləri üz-üzə gələcəklər. Cütün qalibi sentyabrın 29-da keçiriləcək dörddəbir final mərhələsində Azərbaycan yığmasının rəqibi olacaq.Xatırladaq ki, sentyabrın 26-da keçirilən ilk pley-off mübarizələrində Belarus və Niderland milliləri növbəti mərhələyə yüksəliblər.