Ölkə ərazisində oktyabrın 28-nə gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azərtac-a verilən məlumata əsasən,Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi ehtimalı var. Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Şimal-qərb küləyi əsəcək, gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.Havanın temperaturunun Abşeron yarımadasında gecə 11-14°, gündüz 18-23° isti, Bakıda gecə 12-14°, gündüz 21-23° isti olacağı gözlənilir.Atmosfer təzyiqi 764 mm civə sütunundan 757 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-85, gündüz 55-60 faiz təşkil edəcək.Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturunun gecə 8-13°, gündüz 18-23° isti, dağlarda gecə 5-10°, gündüz 13-18° isti olacağı gözlənilir.Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək.Havanın temperaturunun gecə 3-8°, gündüz 20-25° isti olacağı gözlənilir.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturunun gecə 5-10°, gündüz 13-18° isti olacağı gözlənilir.Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında səhər və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.Havanın temperaturunun gecə 9-13°, gündüz 18-23° isti olacağı gözlənilir.Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək.Havanın temperaturunun gecə 7-12°, gündüz 16-21° isti, dağlarda gecə 0-5°, gündüz 10-15° isti olacağı gözlənilir.Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin səhər və axşam bəzi yerlərdə yağış yağacağı, duman olacağı ehtimalı var. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.Havanın temperaturunun gecə 8-13°, gündüz 18-23° isti olacağı gözlənilir.Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Dağlarda duman olacaq. Şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 11-13°, gündüz 18-22° isti, dağlarda gecə 5-10°, gündüz 13-18° isti olacağı gözlənilir.Sinoptiklərin xəbərdarlığına görə, oktyabrın 28-i gündüzdən ayın sonunadək bəzi rayonlarda qərb küləyinin ayrı-ayrı yerlərdə arabir güclənəcəyi, 28-i axşamdan 29-u səhərədək bəzi bölgələrdə arabir yağış yağacağı gözlənilir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…