Azərbaycanda iyunun 15-nə – Milli Qurtuluş Günündə gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azərtac-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək. Mülayim şimal küləyi əsəcək, gündüz şimal-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24°, gündüz 28-33° isti, Bakıda gecə 21-23°, gündüz 29-31° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 754 millimetr civə sütunundan 760 millimetr civə sütununa yüksələcək, nisbi rütubət gecə 60-70, gündüz 30-35 faiz təşkil edəcək.Abşeronun şimal çimərliklərində – Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh və Zuğulbada mülayim şimal küləyi əsəcək, gündüz şimal-şərq küləyi ilə əvəzlənəcək. Dəniz suyunun temperaturunun 21-22° isti olacağı ehtimalı var.Cənub çimərliklərində – Türkan, Hövsan, Sahil və Şıxda mülayim şimal küləyi əsəcək, gündüz şimal-şərq küləyi ilə əvəzlənəcək. Dəniz suyunun temperaturunun 23-24° isti olacağı ehtimal edilir.Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam saatlarında bəzi şimal və qərb rayonlarında yağış yağacağı, ayrı-ayrı yerlərdə lokal leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi proqnozlaşdırılır. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 19-24°, gündüz 33-38° isti, dağlarda gecə 10-15°, gündüz 19-24° isti olacağı bildirilir.Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Lakin axşam saatlarında bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, şimşək çaxanda arabir güclənəcək. Havanın temperaturu gecə 16-21°, gündüz 31-36° isti olacaq.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşama doğru bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Lokal leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir sürətlənəcək. Havanın temperaturunun gecə 10-15°, gündüz 19-24° isti olacağı gözlənilir.Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşama doğru bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 17-22°, gündüz 31-36° isti olacağı ehtimalı var.Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında gün ərzində arabir yağış yağacağı, bəzi yerlərdə lokal leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir sürətlənəcək. Havanın temperaturunun gecə 16-21°, gündüz 27-32° isti, dağlarda gecə 10-15°, gündüz 19-24° isti olacağı ehtimal edilir.Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava yağmursuz keçəcək. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 19-24°, gündüz 33-38° isti olacağı proqnozlaşdırılır.Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 19-21°, gündüz 30-35° isti, dağlarda gecə 14-19°, gündüz 23-28° isti olacağı bildirilir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…