Azərbaycanda noyabrın 10-na gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Arabir güclənən cənub-qərb küləyi əsəcək, gündüz güclü şimal-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturunun gecə 9-12°, gündüz 14-17° isti, Bakıda gecə 9-11°, gündüz 15-17° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi 761 millimetr civə sütunundan 767 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 faiz təşkil edəcək.Sinoptiklərin tibbi-meteoroloji xəbərdarlığına görə, noyabrın 10-u gündüzdən 12-dək Bakıda və Abşeron yarımadasında güclü xəzri küləyinin əsəcəyi və temperaturun ötən günlərlə müqayisədə xeyli enəcəyi gözlənilir ki, bu da əksər əhali üçün əlverişsizdir.Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşama doğru arabir yağış yağacağı, dağlıq ərazilərdə qar yağacağı proqnozlaşdırılır. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclü olacaq. Havanın temperaturunun gecə 5-9°, gündüz 17-22° isti, dağlarda gecə 0-5°, gündüz 5-10° isti olacağı bildirilir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…