Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, iyulda havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan 1-2° yüksək olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər az olacaq.Xidmətdən Azərtac-a bildiriblər ki, Bakıda və Abşeron yarımadasında iyul ayının birinci ongünlüyündə hava şəraitinin mülayim, isti keçəcəyi, cənub küləyinin üstünlük təşkil edəcəyi gözlənilir. Havanın orta aylıq temperaturu 27-29° isti olacaq. Bu da iqlim normasına yaxın və 2° yüksəkdir. Temperaturun gecələr 22-27°, gündüzlər 29-34°, bəzi günlərdə 37-40° isti olacağı ehtimalı var. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 2-3 millimetr) ehtimal edilir.Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 26-29° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1° yüksəkdir. Havanın temperaturunun gecələr 20-25°, gündüzlər 31-36°, bəzi günlərdə 38-43° isti olacağı proqnozlaşdırılır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 6-16 millimetr) olacağı bildirilir.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən, Gədəbəy rayonlarında orta aylıq temperaturun 19-23° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1° yüksəkdir. Havanın temperaturu gecələr 15-20°, gündüzlər 22-27°, bəzi günlərdə 30-33° isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 36-73 millimetr) gözlənilir.Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında orta aylıq temperaturun 26-28° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 2° yüksəkdir. Havanın temperaturunun gecələr 21-26°, gündüzlər 30-35°, bəzi günlərdə 38-40° isti olacağı ehtimal edilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 10-32 millimetr) olacağı ehtimalı var.Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında orta aylıq temperatur 23-26° isti olacaq. Bu da iqlim normasına yaxın və 1-2° yüksəkdir. Havanın temperaturunun gecələr 18-23°, gündüzlər 28-33°, bəzi günlərdə 35-38° isti olacağı bildirilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 9-118 millimetr) proqnozlaşdırılır.Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun 27-30° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 2° yüksəkdir. Havanın temperaturunun gecələr 23-28°, gündüzlər 31-36°, bəzi günlərdə 38-43° isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 3-22 millimetr) olacaq.Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında orta aylıq temperaturun 24-27° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1° yüksəkdir. Havanın temperaturunun gecələr 20-25°, gündüzlər 29-34°, bəzi günlərdə 36-38° isti olacağı ehtimalı var. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 7-33 millimetr) ehtimal edilir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…