Rusiyanın Ulyanovsk şəhərində MDB Ölkələri Milli İdman Növlərinin Birinci Festivalı keçirilir. İlk yarışların yekunlarına əsasən, medalların ümumi sayına görə Azərbaycan idmançıları 3-cü yerdədir. Atletlərimiz 5 qızıl, 6 gümüş, 12 bürünc medal qazanıblar. Birinci yeri Rusiya, ikinci yeri isə Qazaxıstan idmançıları tuturlar. Ermənistan komandası cəmi bir gümüş medal əldə edə bilib. Festivalda MDB-yə üzv olan 10 ölkədən 350-yə yaxın idmançı 90 komplekt medal uğrunda mübarizə aparır.Ulyanovsk şəhərinin “Volqa-Sport-Arena” stadionunda təşkil olunmuş təntənəli açılış mərasimində Birlik ölkələrinin milli mədəniyyətlərindən bəhs edən səhnəciklər təqdim edilib. Tədbirdə Ulyanovsk vilayətinin qubernatoru Sergey Morozov, Rusiyanın idman naziri Pavel Kolobkov çıxış ediblər. Rusiya Prezidenti Vladimir Putinin iştirakçılara təbrik məktubu oxunub.Festival iştirakçıları kanatçəkmə, sambo, güləş, şaşki, topla hokkey və digər idman növlərində güclərini sınayırlar. Azərbaycan festivalda geniş təmsil olunub. Komandamıza sambo üzrə dünya və Avropa çempionları daxildir. Avropa çempionatının gümüş medalçısı Emil Həsənov Ulyanovsk mətbuatına müsahibəsində bildirib ki, ölkəmiz yarışlarda güclü komanda ilə təmsil olunur. Bir müddət sonra komanda elə bu tərkibdə dünya çempionatı yarışlarına qatılacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…