Milli Karate Federasiyasının məlumatı

1 Fevral 2018 14:22

Xəbər 882 dəfə oxunub

Karate üzrə yeniyetmə və gənclərdən ibarət milli komandalarımız fevralın 2-4-də Rusiyanın Soçi şəhərində Avropa çempionatında iştirak edəcəklər.Azərtac xəbər verir ki, Azərbaycan Milli Karate Federasiyasının (AMKF) prezidenti Yaşar Bəşirovun rəhbərlik etdiyi heyətdə baş katib Mirhəsən Seyidov, milli komandanın məşqçiləri Vahid Ayvazov (kata), Şahin Xudaverdiyev, Anar Allahverdiyev, Denis Morozov, beynəlxalq dərəcəli hakim Cahangir Babayev və mətbuat katibi Sənan Məhərrəmov da yer alıblar.Məşqçilər heyəti yarışda 27 idmançının çıxış etməsinə üstünlük verib. Heyətdə Fərid Ağayev (52 kq), Əminağa Əliyev (57 kq), Tale Yaqubov (63 kq), Polina Hurenko (47 kq), Fidan Dadaşova (47 kq) və Ayla Rzazadə (54 kq-dan yuxarı), Həsənəli Həsənov (kata) və Suzanna Aslanova (kata) yer alıblar.Gənclərin yarışında Müseib Məmmədov (55 kq), Hümmət Baxşəliyev (61 kq), Məhəmməd Məmmədov (68 kq), Fərid Şahbazlı (76 kq), Musa Sarızadə (76 kq-dan yuxarı), Mədinə Sadıxova (48 kq), Renata Ərəbli (53 kq), Səma İmanzadə (59 kq), Bəsti İsmayılova (59 kq-dan yuxarı) və Ceyhun İsmayılov (kata), 18-20 yaşlı gənclər arasında isə Ülvi Qurbanov (60 kq), Hüseyn Əliyev (67 kq), Ruslan Əhmədov (75 kq), Murad Balakişiyev (84 kq), Murad Hacızadə (84 kq-dan yuxarı), Asiya Məlikova (50 kq), Aytac Əliyeva (55 kq), Fəridə Əliyeva (67 kq-dan yuxarı) və Roman Heydərov (kata) mübarizə aparacaqlar.Soçidə 14-18 yaşlı yeniyetmə və gənclər arasında 45-ci, 18-21 yaşlı gənclə arasında isə 10-cu qitə çempionatında 44 ölkədən 956 idmançı iştirak edəcək.xeber100.com

Həndbol Federasiyası: Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib

Həndbol üzrə Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib. Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, kişilərin yarışında tura “Dinamo” – “Azəryol” görüşü ilə start verilib. “AHF Arena”da keçirilən oyuna favorit qismində çıxan nominal qonaqlar etimadı doğruldublar. “Azəryol”un üstünlüyü ilə yadda qalan qarşılaşma 24:49 hesabı ilə başa çatıb. “Təhsil” – “İdman Akademiyası” matçı daha gərgin mübarizə şəraitində keçib. Fasiləyə 3 topluq üstünlüklə yollanan “Təhsil” qalan vaxtda rəqibin vəziyyəti dəyişməsinə imkan verməyib - 30:28. Maraqlı mübarizə vəd edən “Bakı” – “Kür” görüşündə isə qonaqların qələbəsinə inananlar yanılmayıblar. Yüksək əzmkarlıq nümayiş etdirən Mingəçevir həndbolçuları paytaxtdan uğurlu nəticə ilə dönməyi bacarıblar - 20:26. Qadın həndbolçuların çempionatında 7-ci tur “Bakı” – “Gənclər Birliyi” matçı ilə başlanıb. İlk hissədən təşəbbüsə yiyələnən paytaxtın eyniadlı komandası fasilədən sonrakı üstünlüyünü də tabloda əks etdirib - 35:25. “Kür” komandası da azarkeşlərini sevindirib. Mingəçevirin həndbolçuları növbəti qələbəni “İdman Akademiyası” ilə oyunda rəsmiləşdiriblər - 49:16. Yeddinci tura yanvarın 21-də keçiriləcək “Azəryol” – “Qarabağ” matçı ilə yekun vurulacaq.xeber100.com  

Yanvar 15, 2024 14:10

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Quba – İdman Paytaxtı 2024″ün açılış mərasimi keçirilib

Gənclər və İdman Nazirliyinin və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Quba - İdman Paytaxtı 2024"ün açılış mərasimi keçirilib. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonra "Quba - İdman Paytaxtı 2024"ün maskotu "Fuji" tamaşaçılara təqdim edilib. Bunun tarixi və əlamətdar hadisə olduğunu deyən Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Prezident İlham Əliyevin dəstəyi ilə regionlarda müasir standartlara cavan verən idman komplekslərinin tikildiyini vurğulayıb. Bölgədə 8 mindən artıq gəncin idmanla məşğul olduğunu söyləyən İ. Mahmudov idmançıların yerli və beynəlxalq yarışlarda qazandığı uğurlardan bəhs edib. Gənclər və idman naziri Fərid Qayıbov Quba Olimpiya İdman Kompleksində yaradılan yüksək şəraitdən danışıb. O, kompleksdə müxtəlif idman növləri üzrə təlim-məşq toplanışları və yarışların keçiriləcəyini diqqətə çatdırıb. Gimnastika üzrə Azərbaycan millisinin də hazırda Quba Olimpiya İdman Kompleksində hazırlıq keçdiyi bildirilib. Daha sonra nazir idman paytaxtının rəmzi açarını icra başçısına təhvil verib. Ardınca sambo üzrə dünya və Avropa çempionatlarının mükafatçısı Zaur Paşayev və peşəkar MMA döyüşçüsü, 4 qat dünya çempionu Vüqar Kərəmov çıxış ediblər. Onlar hazırda beynəlxalq arenada Azərbaycanı təmsil edən bütün idmançılara uğurlar arzulayıblar. Tədbir bədii hissə ilə davam edib. Müxtəlif idman növləri üzrə federasiyaların üzvlərinin paradından sonra respublikanın tanınmış incəsənət ustaları və müğənnilərinin iştirakı ilə möhtəşəm konsert proqramı təşkil olunub.xeber100.com

Yanvar 15, 2024 14:02