Milli Karate Federasiyasının məlumatına görə…

7 Noyabr 2018 11:38

Xəbər 699 dəfə oxunub

İspaniyanın paytaxtı Madriddə Dünya Karate Federasiyasının (WKF) növbəti konqresi keçirilib.Azərbaycan Milli Karate Federasiyasından Azərtac-a bildiriblər ki, Konqresdə ötən iki ilin hesabatı dinlənilib, qarşıdakı dövrün planları müzakirə olunub və bir sıra məsələlər həlini tapıb.Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov, vitse-prezident Rəhman Hətəmov və baş katib Mirhəsən Seyidov konqresdə iştirak ediblər.Konqresin əvvəlində WKF-in prezidenti Antonio Espinosa Yaponiyanın ən yüksək mükafatlarından olan “Gümüş və Qızıl ulduzlu Doğan Günəş” ordeni təqdim olunub. O, bu ordenə dünyada karatenin inkişafı, Tokio Olimpiadasının proqramına daxil edilməsi və beynəlxalq əlaqələrdə gərgin zəhmətinə görə layiq görülüb.Buenos-Ayresdə Yeniyetmələrin III Olimpiya Oyunlarında karatenin uğurlu debütündən danışan WKF prezidenti A.Espinos Tokio Olimpiadasına hazırlıq işləri, rəhbərlik etdiyi təşkilatın fəaliyyətində bir sıra irəliləyişlər və yeniliklər olduğunu diqqətə çatdırıb. O, həmçinin karatenin 2022-ci ildə Dakarda Yeniyetmələrin IV Olimpiadasının və 2024-cü ildə Paris Yay Olimpiya Oyunlarının proqramına daxil edilməsi istiqamətində işlərə başlanıldığını, eləcə də WKF-in parlaq gələcəyi olduğunu və bu nailiyyətlərin bütün milli federasiyalarla birgə fəaliyyət nəticəsində əldə edildiyini söyləyib.Polşa və Filippin karate federasiyaları işlərində ciddi nöqsanlara görə, səsvermə yolu ilə WKF-dən uzaqlaşdırılıblar. Bundan başqa WKF-in müxtəlif komitələri təşkilatın 200-dək ölkədən rəsmi üzvləri qarşısında hesabat verib.Konqresdə böyüklərin 25-ci dünya çempionatının 2020-ci ildə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində, 2022-ci ildə isə Macarıstanın paytaxtı Budapeştdə keçirilməsi, 2019-cu ildə yeniyetmə və gənclərin növbəti dünya çempionatının Çilinin paytaxtı Santyaqoda təşkil edilməsi də təsdiqlənib. 2021-ci ildə isə yeniyetmə və gənclərin dünya çempionatının Cənubi Afrika Respublikasının Keyptaun şəhərində keçirilməsinin namizədliyi qeydə alınıb. Konqresdə, həmçinin səsvermə ilə WKF-in İcraiyyə Komitəsinin üzvləri seçilib.xeber100.com

Həndbol Federasiyası: Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib

Həndbol üzrə Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib. Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, kişilərin yarışında tura “Dinamo” – “Azəryol” görüşü ilə start verilib. “AHF Arena”da keçirilən oyuna favorit qismində çıxan nominal qonaqlar etimadı doğruldublar. “Azəryol”un üstünlüyü ilə yadda qalan qarşılaşma 24:49 hesabı ilə başa çatıb. “Təhsil” – “İdman Akademiyası” matçı daha gərgin mübarizə şəraitində keçib. Fasiləyə 3 topluq üstünlüklə yollanan “Təhsil” qalan vaxtda rəqibin vəziyyəti dəyişməsinə imkan verməyib - 30:28. Maraqlı mübarizə vəd edən “Bakı” – “Kür” görüşündə isə qonaqların qələbəsinə inananlar yanılmayıblar. Yüksək əzmkarlıq nümayiş etdirən Mingəçevir həndbolçuları paytaxtdan uğurlu nəticə ilə dönməyi bacarıblar - 20:26. Qadın həndbolçuların çempionatında 7-ci tur “Bakı” – “Gənclər Birliyi” matçı ilə başlanıb. İlk hissədən təşəbbüsə yiyələnən paytaxtın eyniadlı komandası fasilədən sonrakı üstünlüyünü də tabloda əks etdirib - 35:25. “Kür” komandası da azarkeşlərini sevindirib. Mingəçevirin həndbolçuları növbəti qələbəni “İdman Akademiyası” ilə oyunda rəsmiləşdiriblər - 49:16. Yeddinci tura yanvarın 21-də keçiriləcək “Azəryol” – “Qarabağ” matçı ilə yekun vurulacaq.xeber100.com  

Yanvar 15, 2024 14:10

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Quba – İdman Paytaxtı 2024″ün açılış mərasimi keçirilib

Gənclər və İdman Nazirliyinin və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Quba - İdman Paytaxtı 2024"ün açılış mərasimi keçirilib. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonra "Quba - İdman Paytaxtı 2024"ün maskotu "Fuji" tamaşaçılara təqdim edilib. Bunun tarixi və əlamətdar hadisə olduğunu deyən Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Prezident İlham Əliyevin dəstəyi ilə regionlarda müasir standartlara cavan verən idman komplekslərinin tikildiyini vurğulayıb. Bölgədə 8 mindən artıq gəncin idmanla məşğul olduğunu söyləyən İ. Mahmudov idmançıların yerli və beynəlxalq yarışlarda qazandığı uğurlardan bəhs edib. Gənclər və idman naziri Fərid Qayıbov Quba Olimpiya İdman Kompleksində yaradılan yüksək şəraitdən danışıb. O, kompleksdə müxtəlif idman növləri üzrə təlim-məşq toplanışları və yarışların keçiriləcəyini diqqətə çatdırıb. Gimnastika üzrə Azərbaycan millisinin də hazırda Quba Olimpiya İdman Kompleksində hazırlıq keçdiyi bildirilib. Daha sonra nazir idman paytaxtının rəmzi açarını icra başçısına təhvil verib. Ardınca sambo üzrə dünya və Avropa çempionatlarının mükafatçısı Zaur Paşayev və peşəkar MMA döyüşçüsü, 4 qat dünya çempionu Vüqar Kərəmov çıxış ediblər. Onlar hazırda beynəlxalq arenada Azərbaycanı təmsil edən bütün idmançılara uğurlar arzulayıblar. Tədbir bədii hissə ilə davam edib. Müxtəlif idman növləri üzrə federasiyaların üzvlərinin paradından sonra respublikanın tanınmış incəsənət ustaları və müğənnilərinin iştirakı ilə möhtəşəm konsert proqramı təşkil olunub.xeber100.com

Yanvar 15, 2024 14:02