yirmi bir yaşadək gənclərdən ibarət karate üzrə Azərbaycan milli komandasının üzvləri Murad Hacızadə (84 kq-dan yuxarı) və Fidan Teymurova (50 kq) Dünya Karate Federasiyasının WKF Kuboku turnirinin mükafatçıları olublar.Azərbaycan Milli Karate Federasiyasından Azərtac-a bildiriblər ki, iyulun 4-5-də Xorvatiyanın Umaq şəhərində keçirilən yarışda M.Hacızadə qızıl, F.Teymurova isə bürünc medal qazanıblar. Yuxarı yaş dərəcəsində daha iki idmançımızın nəticəsi iyulun 5-də məlum olacaq.Bu turnirdən əlavə, iyulun 5-7-də Umaqda WKF-in Gənclər Liqası yarışı da keçirilir. Kumite üzrə yeniyetmə və gənclərdən ibarət komandamızın baş məşqçisi Anar Allahverdiyevin rəhbərlik etdiyi heyətdən daha 14 idmançı turnirə qatılacaq.Kata üzrə baş məşqçi Vahid Ayvazov isə 14-15 yaşlı yeniyetmələr və 16-17 yaşlı gənclərin hər bir yaş dərəcəsində iki idmançısının iştirakına üstünlük verib.Beynəlxalq hakimlər Cahangir Babayev və Vüqar Kərimov WKF-in Gənclər Liqasını idarə edən hakimlər arasındadır.Yarışda 70 ölkədən 2577 idmançı iştirak edir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…