Milli Karate Federasiyasının məlumatına görə..

10 İyul 2019 16:23

Xəbər 573 dəfə oxunub

Azərbaycanın Milli Qəhrəmanı, tankçı Albert Aqarunovun anadan olmasının 50 illik yubileyi münasibətilə sentyabrın 27-29-da “Olimpiya ümidləri” adlı ənənəvi beynəlxalq karate turniri keçiriləcək.Azərbaycan Milli Karate Federasiyasından Azərtac-a bildiriblər ki, yarışda 6-13 yaşlı uşaqlar mübarizə aparacaqlar. Gənclər və İdman Nazirliyinin, Azərbaycan Karate-Do Federasiyaları Assosiasiyasının və Azərbaycan Milli Karate Federasiyasının birgə təşkil edəcəyi beynəlxalq xatirə turniri “Sərhədçi” İdman Olimpiya Mərkəzində baş tutacaq. Sentyabrın 21-də turnirin təntənəli açılış mərasimi olacaq. Xatirə turnirinə beynəlxalq hakimlər də dəvət ediləcəklər.Yarışda 10-dan artıq ölkədən idmançıların iştirakı gözlənilir.“Olimpiya ümidləri” turnirindən bir gün əvvəl Azərbaycanın tanınmış karateçilərinin rəhbərliyi ilə seminarın təşkili nəzərdə tutulub.xeber100.com