Milli Karate Federasiyasının məlumatına görə…

29 Avqust 2019 14:33

Xəbər 559 dəfə oxunub

Sentyabrın 27-29-da Azərbaycanın Milli Qəhrəmanı, tankçı Albert Aqarunovun 50 illik yubileyinə həsr olunmuş karate üzrə ənənəvi beynəlxalq turnir keçiriləcək.Azərbaycan Milli Karate Federasiyasından Azərtac-a bildiriblər ki, bu dəfə “Olimpiya ümidləri” adlandırılan yarış 6-13 yaşlı uşaqlar arasında təşkil olunacaq.Gənclər və İdman Nazirliyinin, Azərbaycan Karate-Do Federasiyaları Assosiasiyasının və Azərbaycan Milli Karate Federasiyasının birgə təşkil edəcəyi beynəlxalq xatirə turniri “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçiriləcək.Sentyabrın 28-də saat 17:00-da turnirin təntənəli açılış mərasimi olacaq. Xatirə turnirinə beynəlxalq hakimlər də dəvət olunacaq. Yarışda 10-dan çox ölkənin idmançılarının iştirakı gözlənilir.“Olimpiya ümidləri” turnirindən bir gün əvvəl tanınmış Azərbaycan karateçilərinin rəhbərliyi ilə seminarın təşkili nəzərdə tutulub.xeber100.com