Martın 31-də Milli Kitabxanada “31 mart Soyqırımını unutmadıq” adlı tədbir, ənənəvi kitab sərgisinin açılışı və elektron məlumat bazasının təqdimatı keçirilib.
Əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə qeyd edilib ki, son iki yüz ildə Azərbaycan tarixinə bir çox şanlı səhifələrlə yanaşı, faciələr və müsibətlərlə dolu səhifələr də yazılıb. Bu dəhşətli hadisələrdən biri 1918-ci ilin mart-aprel aylarında yaşanıb. 1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir. Soyqırımı nəticəsində erməni silahlı dəstələri tərəfindən on minlərlə azərbaycanlı amansızcasına öldürülüb.
Tədbir zamanı Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanan ”31 Mart Azərbaycanlıların soyqırımı günü” adlı elektron məlumat bazası nümayiş olunub. Elektron məlumat bazası “Unudulmaz faciə”, “Rəsmi sənədlər”, “Görkəmli şəxslər Mart soyqırımı haqqında”, “Hadisələrin gedişi”, “Siyasi-hüquqi qiymətləndirmə”, “Kütləvi repressiyaların qanlı tarixi”, “Kitablar”, “Məqalələr”, “Filmoqrafiya”, “Soyqırımı yaddaşlarda” adlı bölmələrdən ibarətdir.
Sonda tədbir iştirakçıları və qonaqlar “31 Mart – Azərbaycanlıların soyqırımı günüdür” adlı sərgi ilə tanış olublar.
Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə mart soyqırımına hüquqi-siyasi qiymət verilib. 31 mart tarixi Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…