Milli komanda təlim-məşq toplanışına yollanıb

30 Noyabr 2016 10:42

Xəbər 897 dəfə oxunub

Azərbaycanın cüdo üzrə milli komandası Gürcüstana təlim-məşq toplanışına yollanıb.Azərtac xəbər verir ki, hazırda iki ölkə yığması Tbilisidə birgə hazırlıq keçir.Ötən gündən start götürən toplanışda Olimpiya mükafatçısı Rüstəm Orucov, dünya çempionu Elxan Məmmədov, Avropa və dünya mükafatçıları Orxan Səfərov, Nicat Şıxəlizadə və Hidayət Heydərov kimi titullu cüdoçular yer alır.Bu, iki ölkə cüdoçularının ilk birgə hazırlıq prosesidir.xeber100.com