Milli komandaların növbəti reytinq cədvəli açıqlanıb

22 Dekabr 2017 14:18

Xəbər 681 dəfə oxunub

FIFA futbol üzrə milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.Azərtac AFFA-ya istinadla xəbər verir ki, ötən ayla müqayisədə Azərbaycan milli komandasının mövqeyində dəyişiklik baş verməyib. Millimiz 281 xalla 117-ci yerdə qərarlaşıb.Reytinq cədvəlinə 1602 xalla Almaniya millisi başçılıq edir. Braziliya yığması 1483 xalla ikinci, Portuqaliya isə 1358 xalla üçüncü pillədə yer alıb.xeber100.com