UEFA-ya üzv olan ölkələrin milli komandalarının tarixinin ən gənc futbolçularının siyahısı açıqlanıb.Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 55 yığmanın hər birinin rekordçusunu təqdim edib.Azərbaycan millisi də siyahıda yer alıb. Komandamızın mütləq rekordçusu Araz Abdullayevdir. Yarımmüdafiəçinin millidəki debütü 16 yaş 172 günlüyündə gerçəkləşib. 2008-ci il oktyabrın 11-də ilk dəfə milli forma geyinən futbolçu iki gündən sonra yığma karyerasının 13 illiyini tamamlayacaq.Azərbaycan millisi debütantının gəncliyinə görə Avropada 13-cüdür. Yəni yalnız 12 yığmada daha gənc oyunçular olub.Avropa rekordu serbiyalı Antun Rudinskiyə məxsusdur. O, 15 yaş 32 günlüyündə milli forma geyinib.Serbiyadan başqa, Şimali İrlandiya, Macarıstan, Lüksemburq, Norveç, Çexiya, Belçika, Türkiyə, Yunanıstan, İtaliya, Ermənistan və Andorrada da daha gənc debütant olub.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…