Milli komandamız dünya çempionatının seçmə mərhələsi çərçivəsində

14 Oktyabr 2021 12:46

Xəbər 323 dəfə oxunub

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının dünya çempionatının seçmə mərhələsi çərçivəsində Monteneqro millisinə qarşı keçirəcək oyunu idarə edəcək hakimlər müəyyənləşib.Oktyabrın 21-də Podqoritsada keçiriləcək Monteneqro – Azərbaycan qarşılaşmasını Bolqarıstandan olan hakimlər briqadası idarə edəcək.Matçın baş hakimi Kristina Georgieva olacaq. Ona Yekaterina Marinova və Pavleta Raşkova kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kristiyana Guteva yerinə yetirəcək.xeber100.com