Milli komandanın heyəti açıqlanıb

27 Yanvar 2018 22:13

Xəbər 970 dəfə oxunub

Azərbaycan milli komandasının heyəti açıqlanıb.Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, Qurban Qurbanov Türkiyənin Antalya şəhərində keçiriləcək təlim-məşq toplanışında iştirak edəcək oyunçuları müəyyənləşdirib.Yanvarın 30-da Moldova ilə yoxlama oyunu keçirəcək yığmamıza 24 futbolçu dəvət alıb. Bu, Qurbanovun millinin baş məşqçisi postunda açıqladığı ilk heyətdi.Siyahıda “Qarabağ”ın 11 futbolçusu yer alıb. Qurbanov “Neftçi”dən 6, “Qəbələ”dən 3, “Sumqayıt”dan 2, “Keşlə”dən 1 futbolçunu heyətə daxil edib.Ölkə xaricində çıxış edən yeganə oyunçu isə Ukrayna “Aleksandriya”sının üzvü Pavel Paşayevdi.xeber100.com