Milli Məclisin növbəti plenar iclasına 21 qanun layihəsi daxil edilib

18 Oktyabr 2022 14:58

Xəbər 204 dəfə oxunub

Oktyabrın 18-də Milli Məclisin növbəti plenar iclası keçirilir. İclasın gündəliyinə 21 qanun layihəsi daxil edilib.

1. “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Konstitusiya qanununun layihəsi (birinci oxunuş);

2. Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş);

3. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş);

4. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş);

5. Azərbaycan Respublikasının 1995-ci il 10 yanvar tarixli 947 nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi qulluqçuların dövlətə vurduqları ziyana görə maddi məsuliyyəti haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş);

6. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş);

7. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş);

8. Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş);

9. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş);

10. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş);

11. “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş);

12. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş);

13. “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş);

14. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş);

15. Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Sosial sığorta haqqında”, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”, “Tibbi sığorta haqqında” və “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş);

16. “Büdcə sistemi haqqında”, “İşsizlikdən sığorta haqqında” və “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş);

17. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş);

18. “Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş);

19. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş);

20. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş);

21. “Yol hərəkəti haqqında”, “Notariat haqqında” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).xeber100.com

Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü tamam olur

Bu gün müasir müstəqil Azərbaycanın memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü tamam olur. Əlamətdar yubiley münasibətilə Fəxri xiyabanda böyük izdiham yaşanır, Ulu Öndərin xatirəsi bir daha dərin ehtiramla anılır. Qədirbilən xalqımız öz böyük oğlunun Vətən qarşısında misilsiz xidmətlərini minnətdarlıq duyğuları ilə xatırlayır. Səhər saatlarından başlayaraq Fəxri xiyabanı müxtəlif yaşda olan insanlar – veteranlar, gənclər, məktəblilər, eləcə də idarə və müəssisələrin kollektivləri ziyarət edirlər. İzdihamın ardı-arası kəsilmir. Heydər Əliyevin məzarı və abidəsi önünə təzə-tər güllər, çiçəklər düzülür, əklillər qoyulur. Bu məqamda Ulu Öndərin qürurla dediyi sözlər yada düşür: “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”. Azərbaycançılıq ideologiyasının əsasını qoymuş bu dahi şəxsiyyət dövlət müstəqilliyimizi dönməz və əbədi etdi, xilaskarlıq missiyasını layiqincə, axıradək yerinə yetirdi. Bu səbəbdən də hələ sağlığında əfsanəyə çevrildi. Müasir tariximizin bütöv bir qərinəsi Ulu Öndərin adı ilə bağlıdır. O, bütün ömrünü canından çox sevdiyi Azərbaycanın inkişafına, doğma xalqının rifahına həsr edib. Heydər Əliyev həyatda olmasa da, bu gün mənən xalqı ilə birlikdədir. Onun zəngin irsi, əbədiyaşar ideyaları yollarımızı işıqlandırır. Xalqımız Azərbaycanın bugünkü dinamik inkişafına, qüdrətli, dünyada sayılıb-seçilən, qalib ölkəyə çevrilməsinə görə özünü Heydər Əliyevə borclu sanır. Fəxri xiyabanda yaşanan izdiham da Azərbaycan xalqının öz böyük oğluna vəfa borcunun ifadəsidir.xeber100.com  

May 10, 2023 15:07

Azərbaycan Ordusunda əsgərlərin andiçmə mərasimləri keçirilib

Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin hazırlıq planına uyğun olaraq, mayın 10-da Azərbaycan Ordusunda gənc əsgərlərin andiçmə mərasimləri keçirilib. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Mərasimlərdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra gənc əsgərlər təntənəli surətdə Hərbi andı qəbul edərək Vətənə sadiq olacaqlarına söz veriblər. Müdafiə Nazirliyinin nümayəndələri və hərbi hissə komandanlıqları çıxış edərək andiçmə mərasimlərinin məhz Ulu Öndərin anadan olduğu gündə keçirilməsinin Ümummilli Liderimizə dərin hörmət və ehtiramın təzahürü olduğunu və gənc əsgərlərin hərbi vətənpərvərlik tərbiyəsində mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar. Andiçmə mərasimlərində müasir Azərbaycanın memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin müdrik və uzaqgörən siyasətindən bəhs edilib. Bu gün 100 illik yubileyi qeyd edilən Ümummilli Liderimizin Azərbaycanın inkişafı naminə gördüyü işlər barədə ətraflı danışılıb. Dahi şəxsiyyət Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı nəticəsində ordu quruculuğu istiqamətində aparılan islahatlar barədə məlumat verilib.xeber100.com  

May 10, 2023 15:05

Avropa Şurası Parlament Assambleyasının yaz sessiyası keçiriləcək

Aprelin 24-dən 28-dək Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyası keçiriləcək. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri sessiyada iştirak edəcəklər. AŞPA-nın Strasburqda keçiriləcək yaz sessiyasının gündəliyində Rusiyaya köçürülən Ukrayna vətəndaşlarının, xüsusən də uşaqların vəziyyəti, təbii fəlakətlərin qarşısını almaq üçün siyasi strategiyalar da daxildir. Avropalı parlamentarilər “Rusiya Federasiyasına və ya Rusiya Federasiyasının faktiki nəzarəti altında olan Ukrayna ərazilərinə məcburi və ya sadəcə köçürülmüş ukraynalı mülki şəxslərin, xüsusən də uşaqların vəziyyəti”nə dair müzakirələr aparacaqlar. Ukraynanın birinci xanımı Olena Zelenskaya müzakirələrə onlayn qatılacaq. Assambleya Türkiyə və Suriyada baş verən dağıdıcı zəlzələlərdən sonra baş verə biləcək təbii fəlakətlərin qarşısının alınması, onlara hazırlıq və nəticələrinin aradan qaldırılması üçün siyasi strategiyalar haqqında hesabatı müzakirə edəcək. Assambleya üzvləri, həmçinin 2023-cü il mayın 16-da və 17-də Reykyavikdə keçiriləcək Avropa Şurasının dördüncü Sammitinə dair cari məsələlərlə bağlı müzakirələr aparacaqlar. Avropalı parlamentarilər İslandiya Prezidenti Qudni Yohannessonun çıxışını dinləyəcəklər. Sessiya çərçivəsində İslandiyanın xarici işlər naziri Thordis Kolbrun Reykfyord Gylfadottir tərəfindən ölkəsinin sədrlik etdiyi Nazirlər Komitəsinin kommünikesi təqdim olunacaq.xeber100.com

Aprel 19, 2023 15:25

Milli Məclisin növbəti plenar iclası aprelin 11-də keçiriləcək

Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası aprelin 11-də keçiriləcək. Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, iclasın gündəliyinə 11 məsələ daxil edilib. 1. “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş); 2. “Elektroenergetika haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş); 3. “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş); 4. “Dövlət qulluğu haqqında” və “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş); 5. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş); 6. “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş); 7. Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş); 8. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş); 9. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş); 10. Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, “Notariat haqqında”, “Bələdiyyə mülkiyyətinə əmlakın verilməsi haqqında” və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş); 11. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Polis haqqında”, “Baytarlıq haqqında” və “Atçılıq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).xeber100.com  

Aprel 8, 2023 18:36

Avropa Şurası Parlament Assambleyasının yaz sessiyası keçiriləcək

Strasburqda aprelin 24-dən 28-dək Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyası keçiriləcək. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri sessiyada iştirak edəcəklər. AŞPA-nın Strasburqda keçiriləcək yaz sessiyasında təbii fəlakətlərin qarşısının alınması, onlara hazırlıq və nəticələrinin aradan qaldırılması üzrə siyasi strategiyalar müzakirə olunacaq. Assambleya üzvləri, həmçinin 2023-cü il mayın 16-da və 17-də Reykyavikdə keçiriləcək Avropa Şurasının dördüncü Sammitinə dair müzakirələr aparacaqlar. Avropalı parlamentarilər İslandiya Prezidenti Qudni Yohannessonun çıxışını dinləyəcəklər. Sessiya çərçivəsində İslandiyanın xarici işlər naziri Thordis Kolbrun Reykfyord Gylfadottir tərəfindən ölkəsinin sədrlik etdiyi Nazirlər Komitəsinin kommünikesi təqdim olunacaq. Yaz sessiyasında planlaşdırılmış müzakirələrin siyahısına ictimai səhiyyə ilə bağlı fövqəladə hallar zamanı çoxtərəfliliyə və səhiyyəyə vahid yanaşmanın zəruriliyinə, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının, habelə İnsan Hüquqları üzrə Avropa Konvensiyası və milli konstitusiyaların icrasına dair mövzular da daxildir. Avropa Şurasının İnsan hüquqları üzrə komissarı Dunya Miyatoviç 2022-ci il üçün fəaliyyət hesabatını təqdim edəcək, Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç parlamentarilərin suallarını cavablandıracaq. Müzakirələr arasında gənclər və media, eləcə də beynəlxalq ticarətdə demokratiyanın, hüquqların və ətraf mühitin qorunmasına dair mövzular da yer alır. Assambleya demokratiya statusu üçün tərəfdaşlığının fəaliyyətini qiymətləndirəcək və San-Marinonun Avropa Şurasına üzvlük öhdəliklərinə əməl etməsini nəzərdən keçirəcək. Avropa Sarayının müzakirələr palatasında aparılan təmir işləri ilə əlaqədar AŞPA-nın bu plenar iclası Avropa Parlamentinin müzakirələr palatasında keçiriləcək.xeber100.com

Mart 27, 2023 15:05

Xarici İşlər Nazirliyinin məlumatı əsasında…

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti olaraq yerləşdiyi Azərbaycan ərazilərində Ermənistanın növbəti təxribatları barədə məlumat yayıb. Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən daxil olan məlumatda Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin məlumatında qeyd edildiyi kimi, daxil olmuş operativ məlumata əsasən, Ermənistan tərəfinin 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın müddəalarına zidd olaraq, Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə edilməklə Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərinə silah və sursatların, şəxsi heyətin, o cümlədən minaların daşınmasını həyata keçirməkdə davam etdiyi vurğulanıb. Qeyd edilib ki, Azərbaycan tərəfindən daha əvvəl də məlumat verildiyi kimi, Ermənistan ərazilərimizin 30 illik işğalına son qoyulduğu 44 günlük Vətən müharibəsindən sonra da öz təxribatlarından əl çəkməyib, erməni silahlı qüvvələrini tam olaraq Azərbaycan ərazilərindən çıxarmayıb, Azərbaycan ərazilərinə silah, sursat və Ermənistan Respublikasında 2021-ci ildə istehsal olunmuş minaların daşınmasını və yerləşdirilməsini həyata keçirib. Minaların yerləşdirilməsi faktları Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bölgəyə səfəri zamanı da nümayiş etdirilib. Laçın yoluna alternativ olan köməkçi yollardan silah və sursatın, şəxsi heyət və minaların daşınması ilə bağlı daxil olmuş məlumatı yoxlamaq və dəqiqləşdirmək məqsədilə martın 5-də Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin əməliyyat bölməsi əraziyə göndərilib, Ermənistandan Xankəndiyə silah, sursat, şəxsi heyət və minaları daşıyan avtomobillərin yoxlanmasına cəhd edilib. Bu zaman, qarşı tərəfdən açılan atəş nəticəsində Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən ölən və yaralananlar var. Qarşı tərəf Silahlı Qüvvələrimiz tərəfindən açılan cavab atəşi ilə susdurulub. “Bu kimi təcavüz aktı və təxribatlar Ermənistanın Azərbaycana qarşı işğal siyasətindən əl çəkmədiyini, Ermənistan tərəfindən sülh gündəliyi ilə bağlı fikirlərin riyakarlıqdan başqa bir şey olmadığını, Ermənistanın regionda sülh və təhlükəsizliyin bərqərar edilməsində maraqlı olmadığını bir daha nümayiş etdirir. Bu əməllər Azərbaycan-Ermənistan arasında sərhəd nəzarət-buraxılış rejiminin tətbiq edilməsinin labüdlüyünü bir daha sübut edir. Azərbaycan tərəfi bu kimi hərbi təxribatların qarşısını almaq məqsədilə üçtərəfli Bəyanatın icrasının təmin edilməsini, Ermənistandan qeyri-qanuni silah və sursatın, şəxsi heyətin və minaların daşınmasına son qoyulmasını, Azərbaycan ərazilərindən erməni silahlı qüvvələrini dərhal çıxarmağı tələb edir. Bölgədə vəziyyətin gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistan tərəfinin üzərinə düşür”, - deyə Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında bildirilib.xeber100.com

Mart 5, 2023 19:05

Xarici İşlər Nazirliyinin məlumatı əsasında…

Yanvarın 25-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Hissein Brahim Taha ilə telefon danışığı olub. Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər ki, telefon danışığı zamanı Azərbaycan və İƏT arasında mövcud əməkdaşlıq, təşkilatın gündəliyində duran aktual məsələlər və gələcək planlar müzakirə mövzusu olub. Nazir Ceyhun Bayramov Azərbaycan ilə İƏT arasında müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, mədəni, təhsil və digər istiqamətlərdə faydalı və səmərəli əməkdaşlığın mövcud olduğunu vurğulayıb. Baş katibin ölkəmizə səfəri zamanı və BMT Baş Assambleyası çərçivəsində keçirilmiş görüşlərdə aparılmış müzakirələr məmnuniyyətlə xatırlanıb. Tərəflər ötən il ərzində keçirilən birgə tədbirlərin uğurlu təşkilinə istinad edərək, 2023-cü ildə də keçirilməsi nəzərdə tutulan tədbirlər, o cümlədən cari ilin mart ayında Mavritaniyada baş tutacaq İƏT Xarici İşlər Nazirləri Şurasının 49-cu Zirvə toplantısına hazırlıq işləri barədə fikir mübadiləsi aparıblar. Beynəlxalq sülh və təhlükəsizliyə, o cümlədən mədəniyyətlərarası, dinlərarası dialoqa təhdid törədən İslamofobiya və terrorçuluq meyilləri, yoxsulluq ilə mübarizədə İƏT-ə üzv dövlətlərin həmrəyliyinin, habelə birgə səylərinin əhəmiyyəti vurğulanıb. Söhbət zamanı digər regional məsələlər ətrafında fikir mübadiləsi də aparılıb.xeber100.com

Yanvar 25, 2023 14:00

Avropa Şurası Parlament Assambleyasının qış sessiyası başlayıb

Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası başlayıb. Sessiyada Azərbaycan nümayəndə heyətinə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov başçılıq edir. Sessiyanın ilk günündə parlamentarilər Assambleyanın sədr və onun müavinlərini seçəcəklər və Komitə üzvlərini təyin edəcəklər. Qış sessiyası cari məsələlərin müzakirəsi və təcili prosedur müzakirələrlə işini davam etdirəcək. Təcili prosedur müzakirələri çərçivəsində “Rusiya Federasiyasının Ukraynaya təcavüzü ilə bağlı hüquqi məsələlər və insan hüquqlarının pozulması”, “Dövlət xidməti nümayəndələrinə qarşı hücumlar” mövzuları, cari məsələlər çərçivəsində isə "Priştina və Belqrad arasında son gərginlik" və “Laçın dəhlizinin blokadasının humanitar nəticələrinə reaksiya” mövzuları müzakirə olunacaq. Parlamentarilər günün birinci yarısında sessiyanın gündəliyini və Daimi Komitənin protokolunu təsdiqləyəcəklər. Günün ikinci yarısında Büro və Daimi Komitənin ötən müddət ərzində fəaliyyəti ilə bağlı hesabat dinləniləcək, Suriyadan və digər ölkələrdən Avropa Şurasına üzv dövlətlərə qayıdan İŞİD döyüşçüləri və onların ailələri ilə bağlı problemlərə dair məruzə müzakirə olunacaq.xeber100.com

Yanvar 23, 2023 15:17

20 Yanvar – Azərbaycan tarixinə qanlı hərflərlə yazılmış faciə…

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridildi. Dinc əhali ağır texnikadan və müxtəlif növ silahlardan atəşə tutularaq kütləvi şəkildə qətlə yetirildi. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklə müşayiət olundu. Bunu təkcə bir faktdan aydın görmək olar ki, fövqəladə vəziyyətin tətbiqi elan olunana qədər 82 dinc sakin amansızcasına qətlə yetirilmiş, 20 nəfər ölümcül yaralanmışdı. Həlak olanlar arasında qadınlar, uşaqlar və qocalar, həmçinin tibb işçiləri də vardı. Ümumiyyətlə, yanvar hadisələri zamanı paytaxt Bakıda, eləcə də Neftçalada və Lənkəranda 150 nəfər öldürülmüş, 744 nəfər yaralanmışdı. Sovet ordusunun törətdiyi cinayət və cəza tədbirləri xalqımızın iradəsini sarsıda bilmədi. 20 Yanvar şəhidlərinin dəfn edildiyi gün bunun bariz nümunəsidir. Fövqəladə vəziyyət rejiminin qüvvədə olmasına baxmayaraq, yanvarın 22-də Azadlıq meydanına toplaşan iki milyon insan şəhid tabutlarını dağüstü parka (indiki Şəhidlər xiyabanı) çiyinlərində apardı. 20 Yanvarın tariximizdə tutduğu yeri indi – 33 il keçdikdən sonra daha aydın görürük. 1990-cı il yanvarın 20-də Azərbaycan xalqı müstəqillik yolunda ilk şəhidlərini verdi. Vətən övladları misilsiz fədakarlıqları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə yeni parlaq səhifə yazdılar. 1990-cı ildən başlanan məşəqqətli və şərəfli yol xalqımızı 1991-ci il oktyabrın 18-də yenidən dövlət müstəqilliyinə qovuşdurdu, Qarabağ Zəfəri ilə ən yüksək zirvəyə çatdı. Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı torpaqlarımız 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində azad olundu. 1990-cı illərdə Şəhidlər xiyabanına gəlib, şəhid məzarlarını ziyarət edən uşaqlar illər keçdikdən sonra özləri qəhrəmanlıq dastanı yazdılar, düşməni Vətən torpaqlarından qovub çıxardılar. Azərbaycan xalqı 20 Yanvar şəhidlərinin xatirəsini əziz tutur. Şəhidlər xiyabanı müqəddəs ziyarətgaha çevrilib. Bakının ən hündür nöqtələrinin birində yerləşən bu məkan həm ümummilli kədər və iztirabın, həm də xalqımızın mübarizliyinin, yenilməz iradəsinin təcəssümüdür. Ötüb keçən illər xalqın şəhidlərinə olan ehtiramını azaltmır, əksinə, daha da artırır. Çünki qəhrəman şəhidlərimizin fədakarlığı nəticəsində xalqımız azadlıq arzusuna qovuşub. Qarabağımız məhz şəhidlərimizin canı-qanı bahasına işğaldan azad edilib.xeber100.com

Yanvar 20, 2023 19:07

Azərbaycan Prezidenti İlham Əliyevin doğulduğu gündür

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin doğum günüdür, 61 yaşı tamam olur. İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub. 1967-1977-ci illərdə Bakı şəhərində 6 saylı orta məktəbdə təhsil alıb. 1977-1982-ci illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MDBMİ) təhsil alıb. MDBMİ-ni bitirdikdən sonra, 1982-ci ildə həmin institutun aspiranturasına daxil olub.1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsini alıb və 1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun müəllimi olub. 1991-1994-cü illər ərzində özəl biznes sahəsində çalışıb və bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik edib. 1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin əvvəlcə vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti olub. Ümummilli lider Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsində fəal iştirak edib. 1995-ci və 2000-ci illərdə Milli Məclisə üzv seçilib. 1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidentidir. 1999-cu ildə Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə partiyanın sədri seçilib. 2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olub. 2003-cü ilin yanvar ayında isə Avropa Şurası Parlament Assambleyası sədrinin müavini, AŞPA-nın Büro üzvü seçilib. 2003-cü il avqustun 4-də Milli Məclisdə təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri təyin olunub. Bununla əlaqədar deputat səlahiyyətlərinə xitam verilib. İlham Əliyev 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilib. Prezident seçkilərində seçicilərin 76 faizindən çoxu İlham Əliyevin lehinə səs verib. 2004-cü ildə Avropa Şurası Parlament Assambleyasının fəxri üzvü diplomu və medalı ilə təltif edilib. 2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə seçicilərin 88,73 faiz səsini qazanan İlham Əliyev ikinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib. 2013-cü il oktyabrın 9-da keçirilən seçkilərdə isə seçicilərin 84,54 faiz səsini qazanan İlham Əliyev növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib. 2018-ci il aprelin 11-də keçirilən seçkilərdə də İlham Əliyev seçicilərin 86,02 faiz səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərkərdəlik qabiliyyəti, diplomatik məharəti, prinsipiallığı və dəmir iradəsi nəticəsində ərazilərimizin işğaldan azad edilməsi ilə başa çatdı, ölkəmizin ərazi bütövlüyü təmin olundu. Bununla da Prezident İlham Əliyevin Ali Baş Komandanlığı altında ordumuz BMT Təhlükəsizlik Şurasının yerinə yetirilməyən qətnamələrini icra edərək, Qarabağ və ətraf rayonları qısa zamanda yağılardan təmizlədi. Bütün bunlar isə İlham Əliyevin uzaqgörən siyasətinin, sərkərdəlik qabiliyyətinin, ölkəmizdə həyata keçirdiyi siyasi, iqtisadi və hərbi islahatların, uğurlu xarici siyasətin nəticəsidir.

Dekabr 24, 2022 10:40