Azərbaycan Respublikasının Milli Məclisinin 2021-ci il payız sessiyasının qanunvericilik işləri planı təsdiqlənib.Azərtac xəbər verir ki, bu, parlamentin sentyabrın 30-da keçirilən payız sessiyasının ilk iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Milli Məclisinin 2021-ci il payız sessiyasının qanunvericilik işləri planı haqqında” qanun layihəsində əksini tapıb. Layihəyə əsasən, iş planına 12 məsələ daxil edilib. Bunlar aşağıdakılardır:
1. Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisi deputatlarının, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Prokurorluğunun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələri;
2. Azərbaycan Respublikasının dövlət büdcəsi zərfinə daxil olan qanun layihələri;
3. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin tövsiyələri nəticəsində hazırlanmış qanun layihələri;
4. “Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsi;
5. “Qiymətləndirmə fəaliyyəti haqqında” qanun layihəsi;
6. “Lombardlar haqqında” qanun layihəsi;
7. “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi;
8. “Ali təhsil haqqında” qanun layihəsi;
9. “Turizm haqqında” qanun layihəsi;
10. “Qeyri-maddi mədəni irsin qorunması haqqında” qanun layihəsi;
11. “Qida təhlükəsizliyi haqqında” qanun layihəsi.
12. “Azərbaycan Respublikasının qanunlarında dəyişikliklər edilməsi haqqında” qanun layihələri.
Parlamentin 2021-ci il payız sessiyasının qanunvericilik işləri planı müzakirələrdən sonra səsə qoyularaq qəbul edilib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…