Oktyabrın 28-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin payız sessiyasında növbəti iclası keçirilir.İclasda “Dövlət-özəl sektor tərəfdaşlığı haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılıb. Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin bəndlərinə uyğun olaraq, dövlət-özəl tərəfdaşlığı sahəsində fəaliyyətin həyata keçirilməsinin təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyən edir.“Dövlət-özəl sektor tərəfdaşlığı haqqında” qanun layihəsi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin 2022-ci il üzrə payız sessiyasının qanunvericilik işlər planına daxil olunan məsələlərdən biridir.Qeyd edək ki, Milli Məclisin payız sessiyası ərzində “Dövlət-özəl sektor tərəfdaşlığı haqqında” yeni qanun layihəsindən başqa, büdcə zərfinə daxil olan “2022-ci il dövlət büdcəsi haqqında”, “2022-ci il üçün yaşayış minimumu haqqında”, “2022-ci il üçün ehtiyac meyarının həddi haqqında”, “Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsi haqqında”, Azərbaycan Respublikası Milli Məclisinin və Hesablama Palatasının gələn il üçün xərclər smetaları haqqında qanun layihələri, “Qiymətləndirmə fəaliyyəti haqqında” qanun layihələrinin müzakirəsi də İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin cari iş planına daxil edilib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…