Oktyabrın 31-dən noyabrın 4-dək Çexiyanın paytaxtı Praqada Milli Olimpiya Komitələrinin Assosiasiyasının 22-ci Baş Assambleyası keçiriləcək.Azərtac xəbər verir ki, assambleyada Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, komitənin baş katibinin müavini Azər Əliyev və Beynəlxalq əlaqələr idarəsinin rəisi Anar Bağırov iştirak edəcəklər.Tədbir çərçivəsində adıçəkilən təşkilatın Gənclər, Beynəlxalq Əlaqələr, Atletlər və Marketinq Komissiyasının iclası, həmçinin təşkilatın İcraiyyə Şurasının iclasının keçirilməsi nəzərdə tutulub.Milli Olimpiya Komitələrinin Assosiasiyası 206 Olimpiya komitələrini birləşdirən qurumdur. Hər il bu təşkilatın Baş Assambleyasında müxtəlif mühüm məsələlərlə yanaşı, mükafatlandırma mərasimi keçirilir. Burada qitə oyunları üzrə ən yaxşı kişi və qadın idmançıları seçilir.Xatırladaq ki, 22-ci Baş Assambleyada növbəti Milli Olimpiya Komitələrinin Assosiasiyasının 23-ci Baş Assambleyasının baş tutacağı ölkənin adı da açıqlanacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…