Milli Olimpiya Komitəsində şahmat turniri keçirilib

2 Oktyabr 2016 19:04

Xəbər 843 dəfə oxunub

Oktyabrın 1-də Milli Olimpiya Komitəsində jurnalistlər arasında şahmat turniri keçirilib. Azərtac xəbər verir ki, “Olimpiya hərəkətı jurnalistlərin diqqət mərkəzində” devizi altında keçirilən yarışda 33 jurnalist iştirak edib. İsveçrə sistemi üzrə 7 turdan ibarət təşkil olunan yarışın iştirakçılarına, o cümlədən Azərbaycan Dövlət İnformasiya Agentliyinin əməkdaşları Ramiz Quliyevə və Samirə Allahverdiyevaya sertifikatlar təqdim edilib. İdman ustalığına namizəd İslam Mahmudovun idarə etdiyi yarışda qaliblər mükafatlandırılıb.xeber100.com