Milli Olimpiya Komitəsinin məlumatı

1 Fevral 2018 13:39

Xəbər 912 dəfə oxunub

Fevralın 7-25-də Koreya Respublikasının Pxençan şəhərində Qış Olimpiya Oyunları keçiriləcək.Azərtac Milli Olimpiya Komitəsinə istinadla xəbər verir ki, Azərbaycan nümayəndə heyəti XXVIII Qış Olimpiya Oyunlarında iştirak etmək üçün Koreya Respublikasına yola düşməyə hazırlaşır.Pxençan Olimpiadasında Azərbaycanı Patrik Braxner təmsil edəcək. O, slalom və böyük slalom yarışlarında mübarizə aparacaq. Atlet “Pxençan-2018”ə lisenziyanı müxtəlif yarışlarda topladığı xallar sayəsində qazanıb.Patrik Braxner daha əvvəl “Soçi-2014” Qış Olimpiya Oyunlarında Azərbaycanı təmsil edib.Ölkəmiz 1998-ci ildən bəri Qış olimpiadalarında təmsil olunur.xeber100.com