Azərbaycan paralimpiyaçıları Belarusun paytaxtı Minskdə paraşütlə tullanma idman növü üzrə beynəlxalq turnirdə iştirak ediblər.Azərbaycan Milli Paralimpiya Komitəsindən Azərtac-a bildirilib ki, yarışa 8 ölkədən 24 idmançı qatılıb. Turnirin nəticəsinə görə, idmançılarımızdan Vüsalə Kərimova 14-cü, Babayeva Kəmalə isə 19-cu yerə layiq görülüblər.İdmançılarımız sentyabrın 19-da vətənə dönəcəklər.Qeyd edək ki, sentyabrın 14-də Minskdə əlil arabasında idman rəqsi üzrə 20-ci Açıq Belarus çempionatında Vüsalə Kərimova və Fərid Mehdiyev Latino Klass 2 və Kombi Fristayl Klass 2 növlərində uğurla çıxış edərək çempionatın qızıl medallarını qazanıblar.Məlumat üçün bildirək ki, əlil arabası istifadəçilərinin təyyarədən paraşütlə tullanma idman növünün dünya miqyasında paralimpiyaçılar arasında populyarlaşması Azərbaycan Milli Paralimpiya Komitəsinin təşəbbüsü ilə reallaşıb. Artıq ənənəvi olaraq hər il Minsk şəhərində paraşütlə tullanma idman növü üzrə beynəlxalq yarışlar təşkil olunur.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…