Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimovun sədrliyi ilə qurumun iclası keçirilib.Milli Paralimpiya Komitəsindən Azərtac-a bildiriblər ki, iclasda Rio-de-Janeyroda keçirilmiş XV Yay Paralimpiya Oyunlarının yekunları və Tokioda keçiriləcək XVI paralimpiyadaya hazırlıq məsələləri müzakirə edilib.XV Yay Paralimpiya Oyunlarına hazırlıqla bağlı görülmüş işlər, keçirilmiş yarışların nəticələri, baş məşqçilərin və idmançıların fəaliyyəti geniş təhlil olunub. Qazanılan nailiyyətlərlə yanaşı, bir sıra idman növlərində ciddi nöqsanlara yol verildiyi xüsusi qeyd edilib. Həmin idman növləri üzrə baş məşqçilər vəzifələrindən kənarlaşdırılıblar. Və həmin baş məşqçilərin yerinə yeni təyinatlar olub. İkiqat Paralimpiya çempionu Oleq Panyutin atletika, İbrahim İbrahimov cüdo üzrə kişilər, Paralimpiya çempionu Ramin İbrahimov qadınlardan ibarət komandanın, Qarabağ müharibəsi əlilləri Əkbər Muradov güllə atıcılığı, İlham Məhərrəmov boccia, Allahverdi Culfayev üzgüçülük, Ruqiyyə Qubuşova stolüstü tennis, Tərlan Hacızadə oturaq voleybol, Asəf Məlikov qılıncoynatma, İlqar İbişov pauerliftinq, Zahir Abdullayev qolbol, Aleksandr Barabanov avarçəkmə və Natiq Abbasov kamandan oxatma üzrə milli komandaların yeni baş məşqçiləri təyin ediliblər.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…