Milli Paralimpiya Komitəsinin məlumatına görə…

10 Dekabr 2018 12:09

Xəbər 708 dəfə oxunub

Azərbaycan Milli Paralimpiya Komitəsində (AMPK) pauerliftinq idmanı üzrə milli paralimpiya komandamızın üzvlərinin iştirakı ilə iclas keçirilib.Komitədən Azərtac-a bildiriblər ki, iclasda AMPK-nın sədri İlqar Rəhimov, milli komandanın baş məşqçisi, şəxsi məşqçilər və idmançılar iştirak ediblər.İclasda 2020-ci ildə Tokioda keçiriləcək XVI Yay Paralimpiya Oyunlarına hazırlıqla əlaqədar məşqçi və idmançıların məlumatları dinlənilib, görülmüş işlər və qarşıda duran vəzifələr geniş müzakirə edilib. Müzakirələrin yekununda müvafiq qərarlar qəbul edilib.xeber100.com