Bakıda keçirilən taekvondo üzrə dünya çempionatı çərçivəsində demo şou təşkil olunub. Şou Dünya Taekvondo Federasiyasının nümayiş komandası tərəfindən Dənizkənarı Milli Park ərazisində keçirilib.
Dünya Taekvondo Federasiyasının prezidenti Çunqvon Ço və Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Nağı Səfərov tədbir başlamazdan əvvəl komanda üzvləri ilə görüşüb. Çunqvon Ço şəhər sakinləri ilə də görüşərək onlarla şəkillər çəkdirib.
Tədbirdə komanda tərəfindən Azərbaycan milli rəqslərinin də nümayiş olunması izləyicilər tərəfindən maraqla qarşılanıb.
İyunun 4-dək davam edəcək çempionata 145 ölkədən minədək idmançı qeydiyyatdan keçib. Yarış səbəbi ilə 3 mindən artıq qonaq Bakıya gəlib. Dünya çempionatı Rusiyadan sonra MDB ölkələri arasında ikinci dəfə Azərbaycanda keçirilir. Azərbaycan dünya çempionatını qəbul etmiş Avropa ölkələri arasında isə Almaniya, Danimarka, İspaniya, Yunanıstan, Rusiya və Böyük Britaniyadan sonra yeddinci kimi tarixə düşüb.
Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin 100 və Dünya Taekvondo Federasiyasının 50 illiyinə təsadüf edən çempionat “Öz gücünü alovlandır” şüarı altında təşkil olunub.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…