İyunun 14-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) 15 iyun – Milli Qurtuluş Gününə həsr olunan elmi-praktik konfrans keçirilib. Azərtac xəbər verir ki, Heydər Əliyev Mərkəzinin dəstəyi ilə yaradılan “Heydər Əliyev Dövlət İdarəçiliyi Məktəbi”ndə təşkil olunan tədbirdə akademiyanın kollektivi, Milli Məclisin deputatları, elmi ictimaiyyətin nümayəndələri iştirak ediblər. DİA-nın rektoru, akademik Urxan Ələkbərov müasir müstəqil Azərbaycanın memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışının dövlətimizin, müstəqilliyimizin tarixinə Milli Qurtuluş Günü kimi daxil olduğunu söyləyib. Ümummilli lider Heydər Əliyevin böyük çətinliklərə baxmayaraq müstəqilliyimizin qorunması istiqamətində apardığı müdrik siyasətdən bəhs edən rektor bildirib ki, xalqımızın xilaskar kimi Ulu Öndərə üz tutması düzgün tarixi seçimdir. Bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətdən danışan U.Ələkbərov diqqətə çatdırıb ki, son illərdə ölkəmizin əldə etdiyi uğurlar dövlətimizin başçısının apardığı məqsədyönlü siyasətin nəticəsidir. Azərbaycanın beynəlxalq aləmdəki nüfuzu və iqtisadi potensialı gündən-günə artmaqdadır. Milli Məclisin deputatları – DİA-nın Siyasi Araşdırmalar İnstitutunun direktoru Elman Nəsirov, akademiyanın dövlət quruculuğu və kadr siyasəti kafedrasının dosenti Aydın Mirzəzadə məruzələrində Ulu Öndərin xilaskarlıq missiyasından danışıb, Ümummilli Liderin hakimiyyətdə olduğu dövrdə Azərbaycanın böyük uğurlara imza atdığını, bu gün həmin siyasətin Prezident İlham Əliyev tərəfindən məqsədyönlü şəkildə davam etdirildiyini vurğulayıblar.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…