Səudiyyə Ərəbistanının qərarı ilə məhdud sayda – cəmi min zəvvarın iştirak edəcəyi Həcc ziyarətinə gələn ilk qrup qəbul edilib. Zəvvarlar Krallıqda yaşayan yerli və əcnəbi dindarlardan ibarətdir.SPA agentliyinin xəbərində Krallığın Həcc və Ümrə məsələləri üzrə naziri Məhəmməd Saleh Bəntenin məhdud tərkibdə zəvvarların təhlükəsizliyi ilə bağlı açıqlamaları yer alıb. O bildirib ki, Kral Salmanın göstərişinə əsasən, bu il Həcc ziyarəti ev karantini ilə başlayıb. Zəvvarlar Məkkəyə gəlməzdən əvvəl öz evlərində karantin müddəti keçirib və bundan sonra yenidən COVID-19-a qarşı müayinə olunublar. Nazir əlavə edib ki, Məkkə və Mədinədəki müqəddəs məscidlərdə, habelə zəvvar düşərgələrində də yoluxma hallarının olmaması üçün ən ciddi tədbirlər görülüb.Səudiyyəli nazir vurğulayıb ki, Krallıq son on il ərzində bütün dünyadan gələn 150 milyon zəvvara ən yüksək səviyyədə xidmət göstərib. O, növbəti ildə pandemiyanın aradan qalxacağına və normal Həcc ziyarəti keçiriləcəyinə ümidvar olduğunu bildirib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…